Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə"də Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunacaq.
Bu barədə apasport.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənən Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq.) zədəli olduğuna görə turnirə qatıla bilməyəcək.
İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.
Qeyd edək ki, "Böyük Dəbilqə" 1-2 fevralda keçiriləcək.
ACF rəsmiləri adaptiv cüdo layihəsi üzrə görüş keçirib
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
Cüdoçular üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar keçiriləcək
Bakı birinciliyinə yekun vurulub
Cüdo üzrə Bakı birinciliyi baş tutacaq