Azərbaycan millisinin sabiq üzvü Cahangir Həsənzadə xoş xəbər alıb.
Sportinfo.az xəbər verir ki, hazırda AFFA-da çalışan mütəxəssisin oğlu Serbiyada oynamaq hüququ qazanıb.
Belə ki,ötən il “Srvena Zvezda” ilə anlaşan 2008 təvəllüdlü İslam Həsənovla bağlı uzun müddət idi danışıqlar davam edirdi.
Nəhayət, məsələ müsbət həllini tapıb və 16 yaşlı futbolçi Serbiyada futbol oynamaq hüququna malik olub.
Və dərhal aşağı liqa təmsilçisi “Qrafiçar” klubuna icarəyə verilib. Məqsəd U-17 millimizin üzvünün daha çox oyun təcrübəsi qazanmasına nail olmaqdır.
Maraq üçün bildirək ki, məsələnin həllində və sövdələşmənin baş tutmasında “Qarabağ”la “Bakı”nın sabiq futbolçusu, tanınmış agent Boyan İliç yaxından iştirak edib.
İlin özü bununla bağlı sosial şəbəkə hesablarında məlumat verib.
HƏBİB