“Zaman hissi, lazımi anda atılması lazım olan addım siyasi dünyagörüşün rasionallığını hesablamaq üçün ən yaxşı vasitədir: bugünkü hakimiyyət böyük zaman hissinin çatışmazlığını yaşayır”. Bu fikri Erməni Milli Konqresinin sədr müavini Aram Manukyan Ermənistanın Avropa İttifaqına üzvlüyü prosesinin başlanmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün müşahidə olunan, bəlkə də haqlı sayılan bu ağrılı anti-Rusiya təzahürlərinin əsasları var: “Lakin Rusiya Ukraynadakı müharibədə çətin vəziyyətdə olduğu bir vaxtda Rusiyanın kürəyinə vurulan zərbəyə heç bir əsas ola bilməz. Bu dövrdə, çətin vəziyyətdə olan bir tərəfdaşı arxadan bıçaqlamağa başladığınızda, bu prosesə görəcavab alacaqsınız. Aİ-yə gəlincə, biz həmişə təbliğ etmişik və istəmişik, heç olmasa partiyamız həmişə avropayönlü olsun. Türkiyə yolu ilə Aİ-yə daxil olmaq, mal mübadiləsi, bu dəyərlərin mənimsənilməsi bizim arzumuz idi. Amma Aİ nəinki sizi qəbul etmir, hətta istəmir. Aİ elə bir vəziyyətdədir ki, artıq genişlənmə proqramı olmadığı üçün bu gün qapılarını bağlayırlar. Onlar artıq Yunanıstan, Kipr və digər Avropa ölkələrinin problemlərinin öhdəsindən gələ bilmirlər, problemlərini həll edə bilmirlər. Onlar açıq şəkildə deyirlər ki, bu gün Aİ-yə gedən yollar bağlıdır. Türkiyə 20 ildir soruşur, bütün qaydalara əməl edib, bəs nədən hələ də üzv qəbul olunmur?
Mövcud vəziyyət, Amerika ilə yaranan ciddi konfliktlər, Aİ-Rusiya qarşıdurması heç bir ölkəyə Avropa İttifaqına üzv olmaq şansı vermir. Yəni, bu istəkləri reallıq kimi təqdim etmək olar, amma bu dəlilikdir. Məktəbəqədər və ya məktəb yaşında olan uşaq indiki vaxtda belə addımlar ata bilməz. Aİ-yə süni şəkildə meyl edən ölkələrin hamısı çox pis vəziyyətdədir. Bunlar Ukrayna, Moldova, Gürcüstandır. Hakimiyyətimiz bütün bu arqumentləri nəzərə almır və avantüralara gedir. Bütün bu anti-fəaliyyətin, anti-təbliğatın hansı hesablamalara əsaslanaraq həyata keçirildiyi heç bəlli deyil. Axı Aİ-dəki bu axmaqlara yüz dəfə başa salıblar ki, onları gözləmirlər, qəbul edə bilməzlər. İkincisi, izah edirlər, əziz insanlar, Aİİ və Aİ fərqli banklar, fərqli konteynerlərdir. Bura gəlmək istəyirsənsə, oradan getməlisən. Amma bizim hakimiyyətdəkilər qorxaqdırlar, qeyri-səmimi və vicdansızdırlar. Əgər cəsarətin varsa, Aİİ-ni rədd et, Aİ-yə getdiyini söylə. Bu məsələnin qiymətini də təsəvvür edin, bizə nə qədər baha başa gələcək”. “Ana Ermənistan” hərəkatının lideri, politoloq Andranik Tevanyanın fikrincə, Paşinyan, əslində, Aİ-yə qoşulmağın qeyri-mümkün olduğunu anlayır, amma reytinqini saxlamaqdan ötrü bu şüardan YARARLANMAĞA çalışır: “Paşinyan manipulyasiya edir, Aİ-də “xoşbəxt gələcəklə” ilə bağlı illüziyalarla əhalini aldadır. Əslində, bu proses Ermənistanın özünün təhlükəsizliyini təhdid edir. Biz Ukraynanın timsalında Aİ və kollektiv Qərbin nə istədiyini görürük. Eyni şeyi Ermənistanla da edəcəklərini gözləyirlər. Qonşu Gürcüstanda bunu tez başa düşdülər, ona görə də özlərini xilas etdilər. Paşinyan isə qərbli kuratorlarının sifarişlərini yerinə yetirməklə tək özünü xilas etmək istəyir”.
Nahid SALAYEV