AZ

Muxtar Babayev Qara Dəniz İƏT-nın Baş katibi ilə COP29-un nəticələri barədə fikir mübadiləsi aparılıb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, görüş zamanı iqlim dəyişmələri, təhlükəli hava hadisələrinin erkən xəbərdarlığı və ətraf mühitin digər sahələri üzrə QDİƏT çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.


Eyni zamanda, ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) nəticələri barədə fikir mübadiləsi aparılıb.

Seçilən
2
5
ekologiya.az

10Mənbələr