AZ

Tramp 30 minə qədər miqrantı Quantanamoya göndərəcək

ABŞ prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30 minədək qeyri-qanuni immiqrantın müvəqqəti saxlanmasına hazırlıqla bağlı sərəncam imzalayacaq.

Bunu Amerika lideri Ağ Evdə çıxışı zamanı deyib.

“Əksər insanların hətta bu barədə məlumatı yoxdur. Amerikalıları təhdid edən qeyri-qanuni mühacirlər arasında ən pis cinayətkarları saxlamaq üçün Quantanamoda 30 000 yer var. Bəziləri o qədər pisdir ki, başqa ölkələrin onları dəstəkləməsinə inanmırıq.

Ona görə, biz onların geri qaytarılmasını istəmirik və Quantanamoya göndərəcəyik. Bu, dərhal imkanlarımızı ikiqat artırmağa imkan verəcək. Oradan çıxmaq çətin işdir”- deyə, o qeyd edib.\\report.az

Seçilən
2
4
ictimairey.az

10Mənbələr