AZ

Yeşilçamın məşhur ulduzu idi: 70 yaşlı aktrisanı görənlər tanımadı – FOTOLAR

Yeşilçamın unudulmaz aktrisası,  “Çiçək Abbas”, “Davaro”, “Mavi Mavi” kimi bir çox filmlərdə rol alan və gözəlliyi ilə diqqət çəkməyi bacaran Pembe Mutlu uzun müddətdir ki, ictimaiyyətin diqqətindən kənarda sakit bir həyat yaşayır.

Medianews.az xəbər verir ki, hazırda 70 yaşı tamam olan məşhur aktrisanın son görünüşünü görənləri çox təəccübləndirib.

Saysız-hesabsız filmlərdə rol alan məşhur aktrisa kinodan tamamilə ayrılıb. Yeşilçamın aktrisası indi də son görünüşü ilə gündəmdədir. Pembe Mutlunu görənlər onu tanıya bilməyiblər.

Aktrisanın sözügedən görüntüsünü təqdim edirik.

Qeyd edək ki, dövrün usta rejissorları ilə çalışan Mutlu, təxminən 12 il davam edən kino həyatında bir çox filmdə rol alıb. Əsl adı Pembe Gül olan kino aktrisası Pembe Mutlu 1955-ci ildə Dənizlidə anadan olub.

Medianews.az

son hali 11

Seçilən
1
16
medianews.az

10Mənbələr