26–29 dekabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi”nin (GSM) təşkilatçılığı ilə Masallı rayonunda “KƏND icma gənclərinin inkişafı proqramı” adlı layihə icra edilib.
Təlim kursu çərçivəsində peşəkar təlimçi Niyaz Əliyev tərəfindən “Karyera planlanması”, “Liderlik və komanda quruculuğu”, “Peşəkar CV və motivasiya məktubunun hazırlanması qaydaları” və “Müsahibə bacarıqlarının inkişaf etdirilməsi” mövzularında təlimlər keçirilib.
Layihə çərçivəsində qeyri-formal təhsil metodikası əsasında 30 gənc üçün dörd interaktiv təlim baş tutub.
Təlim kursunun sonunda GSM İdarə Heyətinin sədri Fidan Ağayeva və icraçı direktor Heydər Mizəyevin iştirakı ilə bağlanış mərasimi keçirilib. Mərasim zamanı layihə iştirakçılarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Layihənin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.