"Qarabağ" növbəti mövsüm üçün qapıçı axtarışına çıxıb.

Rekord.az-a daxil olan məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov cari avrokubok mövsümündə qapıçıların çıxışından razı qalmayıb.

Xüsusilə də legionerlərin. Təsadüfi deyil ki, bu səbəbdən son oyunlarda qapıya yenidən Şahruddin Məhəmmədəliyevi qoyur. Koxalski və Buntiçdən biri 100 faiz mövsümün sonunda Ağdam klubundan ayrılacaq. Yeni qapıçının transferi isə yay üçün nəzərdə tutulub. Lakin qeyd etdiyimiz kimi, axtarışlara artıq başlanılıb.