AZ

Almaniya mətbuatında Azərbaycan diasporunun nümayəndəsi barədə məqalə dərc olunub

Almaniyanın “Rheinische Anzeigenblätter” nəşrində bu ölkədəki diasporumuzun ən fəal üzvlərindən olan həkim, GFO Kliniken Troisdorfda klinika rəhbəri, professor, tibb elmləri doktoru Nuran Abdullayev haqqında məqalə dərc olunub.

Avtosfer.az xəbər verir ki, məqalədə tanınmış həkimin Azərbaycan diasporunun inkişafı və iki ölkə arasında əlaqələrin gücləndirilməsi istiqamətində gördüyü işlər, xüsusilə də diaspor fəaliyyəti sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası tərəfindən medalla təltif edilməsi vurğulanıb.

Qeyd edək ki, Nuran Abdullayev bir neçə ildir Almaniyada Azərbaycanlı Həkimlər Forumu vasitəsilə həkimlərin təşkilatlanmasına, onların alman səhiyyə sistemində möhkəmlənməsinə və Azərbaycan-Almaniya əməkdaşlığının inkişafına töhfə verir. Bu Forum təkcə həkimlərin şəbəkələşməsi üçün deyil, eyni zamanda, elmi və peşəkar əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün vacib platformadır. Almaniya ilə Azərbaycan arasında səhiyyə və təhsil sahələrində əməkdaşlığın inkişafında bu Forumun rolu önəmlidir.

Alman mətbuatında belə bir yazının dərc edilməsi həm Azərbaycan diasporunun nüfuzunun artmasının, həm də ölkəmizin elmi və tibbi sahələrdə beynəlxalq əlaqələrinin gücləndiyini göstərir.

Seçilən
1
50
avtosfer.az

10Mənbələr