AZ

ABŞ-dakı təyyarə qəzasından sonra çaydan çıxarılan meyitlərin sayı 30-a çatıb

Bakı, 30 yanvar, AZƏRTAC

ABŞ-da təyyarə ilə helikopterin toqquşması nəticəsindən baş vermiş qəzadan sonra Potomak çayından 30-dan çox meyit çıxarılıb.

AZƏRTAC “NBC news” telekanalına istinadla xəbər verir ki, hazırda xilasetmə əməliyyatı çətin şəraitdə davam edir.

Qeyd edək ki, yanvarın 30-da “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan Hava Limanı yaxınlığında UH-60 “Black Hawk” hərbi helikopteri ilə toqquşub. Onların hər ikisi Potomak çayına düşüb.

Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub.

Seçilən
3
30
azertag.az

10Mənbələr