AZ

Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi xəstəxanada ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mingəçevirdə minik maşınının vurub ağır xəsarət yetirdiyi 8-ci sinif şagirdi xəstəxanada ölüb.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə bir həftə əvvəl şəhərin Gəncə şosesində baş verib. Belə ki, avtobusdan düşüb yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Amil Habil oğlu Rzayevi VAZ-2107 avtomobili vuraraq çox sayda bədən xəsarəti yetirib.
Yaralı yeniyetmə koma vəziyyətində xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin cəhdlərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl yaralının nənəsi 1961-ci il təvəllüdlü Lalaxanım Rzayeva nəvəsinin qəzadan sonrakı ağır durumuna dözməyərək sirkə turşusu içərək intihar etmişdi.
Seçilən
4
38
oxu.az

10Mənbələr