AZ

Təyyarənin düşdüyü çaydan 30-dan çox cəsəd tapıldı

Vaşinqtonda təyyarə qəzasının baş verdiyi ərazidə 30-dan çox cəsəd aşkar olunub.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “NBC” teleşirkəti yayıb. 

Məlumata görə, cəsədlər təyyarənin qalıqlarının düşdüyü Potomak çayından tapılıb. 

Xatırladaq ki, bu gün Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür.

Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. Bundan əvvəl yayılan məlumatda çaydan 19 nəfərin cəsədinin aşkar olunduğu bildirilirdi.

"Cebheinfo.az" 

Seçilən
12
cebheinfo.az

1Mənbələr