Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
AzEdu.az xəbər verir, yanvarın 23-də Mingəçevir şəhərində "VAZ" markalı avtomobil piyada, 2010-cu il təvəllüdlü Amil Rzayevi vurub.
O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq O, bu gün müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.