?SoftBank? ?OpenAI?ya 15 milyard dollardan 25 milyard dollara qədər sərmayə qoymaq üçün danışıqlar aparır, ?Financial Times? və ?The Wall Street Journal? yazır.
?OpenAI? çox güman ki, bu pulun bir hissəsini şirkətin CEO-su Sem Altmanın ?SoftBank?ın baş direktoru Masayoşi Son və ?Oracle?ın rəhbəri Larri Ellison ilə birlikdə iştirak etdiyi 500 milyard dollarlıq ?Stargate AI? təşəbbüsünü dəstəkləmək üçün istifadə edəcək.
?OpenAI?nin bu günə qədər ən böyük investoru təxminən 14 milyard dollar sərmayə qoyan ?Microsoft?dur. Əgər yeni razılaşma baş tutarsa, ?SoftBank?ın ?OpenAI LP?dəki payı ?Microsoft?dan daha kiçik olacaq. Altmanın qlobal yarımkeçirici sənayesini transformasiya etmək planlarının birgə müzakirələri daxil olmaqla, ötən il ərzində onların əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlənib.
?SoftBank? ilə əlaqələr genişləndikcə, ?Microsoft? ilə münasibətlər get-gedə zəifləməyə doğru gedir. Qeyd edək ki, yanvarda ?Microsoft? ?OpenAI?ya eksklüziv bulud xidmətləri provayderi xidmətini dayandırıb.