"Atletiko Madrid" Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna turnirin Liqa mərhələsinin VIII turunda Avstriyada “Zaltsburq” darmadağın edərək (4:1) nail olub.
İspaniya nəhəngi 1973/1974 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasının (Avropa Çempionlar Kuboku) bir mövsümündə səfərdə üç qələbə qazanıb.
Qeyd edək ki, "qırmızı-ağlar" daha əvvəl Fransada PSJ-ni (2:1), Çexiyada "Sparta"nı (6:0) üstələyib. Liqa mərhələsini 18 xalla beşinci pillədə başa vuran komanda birbaşa 1/8 finala yüksəlib.