Fransanın Alp dağlarında dünən baş verən iki fərqli qar uçqunu nəticəsində 5 alpinist həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, Fransanın cənub-şərqindəki Savoya bölgəsində Val-Cenisdə ikinci qar uçqunu nəticəsində dörd norveçli alpinistin, Yuxarı Savoya bölgəsində isə 30 yaşlı isveçrəli alpinistin həlak olduğu bildirilib.
3 norveçli alpinist hadisə yerində həyatını itirib, daha bir norveçli alpinistin isə aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Səlahiyyətlilər həyatını itirən 4 alpinistlərin 7 nəfərlik qrupda olduğunu və alpinistlərdən üçünün sağ qaldığını bildirib. Qeyd edək ki, çərşənbə axşamı da 55 yaşlı alpinist kütləvi qar uçqunu nəticəsində həlak olmuşdu.