AZ

27 yaşlı gənc qızdırmadan ölüb? – Rəsmi AÇIQLAMA

Xəbər verildiyi kimi Zaqatalada gənc oğlan qızdırmadan ölüb. Rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək qızdırma ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

O bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayon Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) 25.01.2025-ci il tarixində saat 13:15 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının I Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə "pnevmoniya" diaqnozu ilə daxil olub. Eyni tarixdə Terapiya şöbəsinə hospitalizasiya olunub, müayinə zamanı xəstədə "Gilyen Bar sindromu", "proqressivləşən polineyropatiya" aşkarlanıb.

26.01.2025-ci il tarixində saat 01:10 radələrində Reanimasiya şöbəsinə hospitalizasiya olunub, oksigen aparatına qoşulub, "proqressivləşən tetraparez", "Bulbar sindromu" diaqnozları təyin edilib, vəziyyəti kritik ağır olaraq dəyərləndirilib. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 30.01.2025-ci il tarixində saat 08:10 radələrində ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
1
4
bizim.media

10Mənbələr