AZ

Varlı ruslar ən bahalı yaxtalarının çoxunu itiriblər

Varlı ruslar ən bahalı yaxtalarının yarıdan çoxunu itiriblər.

Herbiand.az bildirir ki, bu məlumatları “The Moscow Times” təqdim edib.

“Rusiya zənginlərinin donanması Qərb ölkələrinin sanksiyalarından sonra darmadağına məruz qaldı. Ən yaxşı vaxtlarda 70-dən çox böyük yaxtanın təxminən üçdə biri hazırda onların sərəncamında qalır”, - nəşr yazır.

Rus zənginləri qalan yaxtalarının əksəriyyətini Birləşmiş Ərəb Əmirliklərinə köçürüb.

Rusiya prezidentinin flotiliyasının yalnız bir hissəsi Rusiya Federasiyasına qaytarılıb. Vladimir Putinin 9-a qədər yaxtası olub. Ən böyük itki İtaliyada saxlanılan 140 metrlik “Scheherazade” olub.

Qeyd edək ki, onu “Rosneft” şirkətinin keçmiş prezidenti Eduard Xudaynatova da aid edirlər. Putinin ixtiyarında 82 metrlik “Qreysful”, 71 metrlik “Viktoriya”, 54 metrlik “Çayka” yaxtası və “Orion” yardımçı gəmisi qalıb.

Ümumiyyətlə, Rusiya elit donanmasının təxminən üçdə biri həbsdə qalıb. Bundan əvvəl Andrey Melniçenkonun 143 metrlik “Sailing Yacht A”, Aleksey Mordaşovun 58 metrlik “Lady M” və Gennadi Timçenkonun 40 metrlik “Lena”sı İtaliyada saxlanılıb.

İspaniyada İqor Seçinin “Crescent”, Sergey Çemezovun “Valeri” və Aleksandr Mixeyevin “Lady Anastasia” yaxtaları da həbsdədir.

Ancaq Böyük Britaniya və onun xaricdəki ərazilərində yaxtaları saxlanılan bəzi rusların bəxti gətirməyib. Belə ki, Andrey Quryevin “Alfa Nero” və Dmitri Pumpyanskinin “Axioma” gəmiləri hərracda satılıb.

Ukraynaya bunlardan demək olar ki, heç nə çatmayıb. Yalnız Medvedçukun “Royal Romance” yaxtası Xorvatiya tərəfindən Ukraynaya təhvil verilib.

Bildirilib ki, imkanlı ruslar artıq üçüncü ildir ki, aktiv şəkildə yaxtalarını satırlar. Belə ki, 2024-cü ildə “Stroygazconsulting” holdinqinin təsisçisi Ziyad Manasir “Dar” yaxtasından qurtulub.

Ötən il “Avrasiya” qazma şirkətinin yaradıcısı olan Aleksandr Caparidze də 70 milyon dollar dəyərində olan “Come Together” gəmisini satıb.

KQB-nin keçmiş zabiti və “Nornikel” şirkətinin keçmiş rəhbəri Vladimir Strjalkovski 2023-cü ilin yayında 65 metrlik “Ragnar” gəmisini 85 milyon dollara satıb.

Varlı rusların yaxtalarını çox vaxt imkanlı amerikalılar alıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
27
herbiand.az

10Mənbələr