AZ

“DeepSeek” ABŞ-yə 500 milyard dollar zərər vurdu – AVROPA ŞİRKƏTLƏRİ TƏŞVİŞƏ DÜŞDÜ

Çinin süni intellekt modeli “DeepSeek” qısa müddətdə texnologiya dünyasında böyük təsir yaratdı və rəqiblərinə nisbətən daha az çip istifadə edərək inkişaf etdi. Bu, qlobal texnologiya ehtiyatlarına böyük təzyiq göstərərək ABŞ-nin çip şirkəti “Nvidia”nın bazar dəyərinin 500 milyard dollardan çox azalmasına səbəb oldu.

Avtosfer.az xəbər verir ki, Avropa Birliyi (AB) mühüm bir addım ataraq yerli texnologiyaların dəstəklənəcəyini və yüksək texnologiyalı tenderlərdə Avropa şirkətlərinə üstünlük veriləcəyini açıqladı.

Avropa Birliyi Çinin “DeepSeek” texnologiyasının yüksək texnologiya sektorunda artan təsirinə qarşı öz şirkətlərini dəstəkləmək üçün yeni strategiyalar hazırlamağa başlayıb. Bu strategiyalar arasında dövlət tenderlərində Avropa şirkətlərinə üstünlük verilməsi və yerli texnologiyaların təşviqi kimi tədbirlər nəzərdə tutulur. Hədəf Avropa şirkətlərinin rəqabət qabiliyyətini artırmaq və AB-nin texnologiya sahəsində müstəqilliyini gücləndirməkdir.

Bu addımlar AB-nin qlobal texnologiya rəqabətində güclü mövqe əldə etmə və özünü təmin etmə məqsədini daşıyır. Avropa Birliyi yüksək texnologiyalar sahəsində Çinlə rəqabət aparmaq üçün yeni strategiyalarını gücləndirir.

Eltac Zülfüqaroğlu

Seçilən
9
avtosfer.az

1Mənbələr