AZ

Tokayev Putinin dəvətini qəbul etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidentinin Qələbənin 80 illiyi şərəfinə keçiriləcək tədbirlərdə iştirak etmək dəvətini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

Akordada Tokayev Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb. Bu zaman Mişustin ona Putinin dəvətini çatdırıb. Dövlət başçısı bildirib ki, Rusiya prezidentinin Qələbənin 80 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərdə iştirak etmək dəvətini qəbul edib.

Mişustin həmçinin Qazaxıstan və Rusiya hökumətlərinin nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələri barədə Kasım-Jomart Tokayevə məlumat verib və qeyd edib ki, ikitərəfli gündəliyin bütün spektri üzrə əldə olunan razılaşmalar qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Ağarza Elçinoğlu

Seçilən
4
32
unikal.az

10Mənbələr