AZ

Ötən il banklar kredit faizlərindən 3 milyarddan çox gəlir əldə edib

Azərbaycandakı bankların 2024-cü ildə kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il bankların kreditlər üzrə faiz gəlirləri 3 105.9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 573.8 milyon manat təşkil etmişdir.

2024-cü ildə faizlər üzrə xərcləri isə 1 214.7 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Seçilən
12
12
banker.az

10Mənbələr