AZ

Bakıda quldurluq və oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

Image

Nəsimi və Yasamal rayonunda quldurluq və oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfərin 2000 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı S.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən evlərin birinin damından elektrik naqili oğurlamaqda şübhəli bilinən 38 yaşlı E.Əhmədovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

ZÜMRÜD





Seçilən
27
7
baki-xeber.com

10Mənbələr