AZ

Çin liderliyə can atır: dünyanın ən populyar avtomobil markaları açıqlandı

 
"Toyota", "Volkswagen" və BYD ən çox satılan avtomobil markalarıdır
 
"Çinin BYD (Build Your Dreams) markası inanılmaz sıçrayış edərək üçüncü yeri tutub..."
 
2024-cü ilin ən çox satılan avtomobil markaları reytinqi bir daha Yaponiyanın "Toyota" şirkətinin dünya liderliyini təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Focus2Move" portalı məlumat yayıb.
 
2024-cü ildə "Toyota" ümumilikdə 9,09 milyon avtomobil satıb. Beləliklə, illik müqayisədə 0,7 faiz azalma olsa da, yapon nəhəngi dünya liderliyini əminliklə qoruyub. Müqayisə üçün, ikinci yeri tutan "Volkswagen" cəmi 4,93 milyon avtomobil sata bilib.
 
Çinin BYD markasının göstəricisi 3,80 milyon avtomobildir. Satışlarının 41,6 faiz artması həqiqətən təsiredici nəticə hesab oluna bilər. Onun ardınca "Honda" və "Ford" gəlir ki, bu markaların satışlarında müəyyən eniş müşahidə edilib.
 
Ümumilikdə TOP-10 avtomobil markaları belədir:
 
"Toyota" - 9,09 milyon ədəd (- 0,7%);
 
"Volkswagen" - 4,93 milyon (+ 0%);
 
BYD - 3,80 milyon (+ 41,6%);
 
"Honda" – 3,74 milyon (- 3,1%);
 
"Ford" – 3,69 milyon (- 0,9%);
 
"Hyundai" - 3,69 milyon (- 3,7%);
 
"Nissan" - 3,13 milyon (+ 0,1%);
 
"Chevrolet" - 3,03 milyon (- 2,9%);
 
"Kia" - 2,91 milyon (- 1,9%);
 
"Mercedes" - 2,18 milyon (+ 1,5%).
 
Avtomobil bazarı: digər xəbərlər
 
Bundan öncə məlumat verilib ki, yeni hesabatlara görə, "Toyota" dünyanın ən bahalı avtomobil markasıdır. Onun dəyəri 64,7 milyard dollar təşkil edir. Ümumilikdə, "Toyota" bütün sahələri əhatə edən ən bahalı brendlər siyahısında 18-ci yerdə qərarlaşıb.
 
İkinci yeri "Mercedes-Benz" tutub. Onun dəyəri 53 milyard dollardır. Üçüncü yerdə isə "Hyundai" qərarlaşıb və bu markanın dəyəri 46,3 milyard dollara çatıb.
 
Ən populyar avtomobil modellərinə gəldikdə isə, burada "Toyota Corolla" gözlənildiyi kimi "qlobal" lider olub. Ona "Tesla Model Y" yaxınlaşıb. İlk üçlükdə "Toyota RAV4" də yer alıb.
Seçilən
1
17
moderator.az

10Mənbələr