Azərbaycanın qadınlardan ibarət millisinin daha bir üzvü, Diana Məmmədova karyerasını Rusiya Superliqası təmsilçisi "Rubin"də davam etdirəcək.
Spotinfo.az xəbər verir ki, bu barədə Superliqanın mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü Superliqanın digər təmsilçisi "Yenisey"də keçirən 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
D.Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub.
Daha əvvəl Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da "Yenisey"dən "Rubin"ə transfer olunmuşdu.