AZ

"İstintaq bitmədən bir həkimin həbs edilməsi məni çox narahat etdi" - Kardioloq Üzeyir Rəhimov

"Həkim həbsləri davam etsə, biz rahat işləyə bilməyəcəyik".

Oxu24.com xəbər verir  ki, bu barədə İTV-nin efirində yayımlanan "Sabaha saxlamayaq" verilişində məşhur kardioloq Üzeyir Rəhimov bildirib.

O, həbs olunmuş  plastik  cərrah  Sənan Mehdiyevin  həbsi  fonunda  bu  çıxışı edib.

"Mən  bu günə qədər  ümumiyyətlə eşitməmişəm ki,xəstə  ölümünə  görə   bir həkimi  həbs  etsinlər. Həkimi  həbs  etmək  üçün  dünyada  bir şərt var: Qəsdən  bir pasiyentin ölümünə  səbəb olduqda. Əgər,bu  fakt varsa,həkim  həbs  edilə  bilər.Amma  istintaq  bitmədən bir həkimin həbs edilməsi məni çox narahat etdi. Gedişatı  öncədən görürdüm. Çünki, son vaxtlar  diplomsuz  cərrahlardan,,gel vuranlardan,dolğuçulardan məsələ  şişmişdi. Sanki,bir günahkar  axtarılırdı.Diplomlu,sertifikatı  olan ,2008-ci ildən cərrah  işləyən bir  peşəkar həkimin həbs edilməsi sanki,ortalığı  sakitləşdirmək üçün atılan bir  addım idi. Düzdür,həmin  gənc xanımın  vəfatı hər  kəsi məyus edir. Bu, çox ağırdır. Hər  kəsə başsağlığı  verirəm.Bilirəm ki, doktor da  çox əziyyətlər  çəkir...Bu,məsələyə  girmirəm... Mən özümü  bu həkimin  yerinə qoydum. Hər gün belə  şeylərin olma ehtimalım var.Mənə müraciət edən insanların ölüm  ehtimalı gözlə - qaş arasındadır. Əgər,belə davam edəcəks,biz rahat işləyə bilməyəcəyik",-deyə Üzeyir Rəhimov bildirib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Bu gün  Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

 Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

 

 

Miri

 

Seçilən
10
28
oxu24.com

10Mənbələr