Qəzza zolağında girov götürülən 7 nəfər azad edilib.
Editor.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanasının mətbuat xidməti məlumat yayıb.
“İsrail hökuməti azad edilmiş yeddi şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Gadi Moses. Məlumatda həmçinin bildirilir ki, 5 Tailand vətəndaşı azad edilib: Tenna Ponqsak, Sathian Suvannaham, Sriaun Vatchara, Sitkhao Bannawat, Rumnao Surasak”.
Ofis əlavə edib ki, azad edilən şəxsləri və onların ailələrini İsrail hökuməti ilə yanaşı təhlükəsizlik qüvvələri də müşayiət edəcək.
Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. İsrail HƏMAS-dan azad ediləcək girovların siyahısını almadığı üçün onun başlaması təxminən üç saat gecikib. Gecikmədən istifadə edən İDF Qəzzanın mərkəzi və şimalındakı hədəflərə atəş açıb.
//Gülnarə Abasova, Editor.az