AZ

Mədəniyyət Nazirliyi Xeyrəddin Qocanı 75 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tanınmış ictimai xadim, yazıçı-dramaturq Xeyrəddin Qocanı 75 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda qeyd olunub ki, onun yazıçı, dramaturq, publisist, tənqidçi və ictimai xadim kimi keçdiyi ömür yolu, bir sıra mühüm dövlət vəzifələrində yüksək səriştə və məsuliyyətlə çalışması, milli maraq və mənafeyə xidmət edən əzmkar fəaliyyəti əsl vətəndaşlıq nümunəsidir.

Xatırladaq ki, müasir satirik ədəbiyyatımızın dəyərli nümayəndələrindən olan Xeyrəddin Qocanın bu il yanvarın 29-da 75 yaşı tamam olub.

Seçilən
7
4
yeniazerbaycan.com

6Mənbələr