AZ

Ermənistanın baş naziri Azərbaycandan gözləntilərini açıqlayıb

İrəvan sülh müqaviləsi ilə bağlı irəli sürdüyü konkret təkliflərə Bakıdan cavab gözləyir. 

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib .

“Ermənistan tərəfləri narahat edən bütün məsələlərlə bağlı çox konkret təkliflər və həll yolları təqdim edib və Azərbaycandan konstruktiv cavab gözləyir. “Təsdiq edirəm ki, Ermənistan hökuməti sülh gündəminin irəliləməsinə sadiqdir və bu istiqamətdə fəal səylərini davam etdirəcək”.

Paşinyan əlavə edib ki, o, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesini Gürcüstanın baş nazirinə təqdim edib. Onun sözlərinə görə, bu prosesin növbəti mərhələsi Ermənistan, Azərbaycan və Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin bilavasitə yaxınlığından başlayacaq.

Yanvarın 30-da Ermənistan və Gürcüstanın baş nazirləri görüşüb . Gürcüstanın baş naziri Ermənistan rəhbərliyini hökumətin Yerevan və Bakı arasında dialoqa kömək etməyə hazır olduğuna əmin edib.

Seçilən
1
11
nocomment.az

9Mənbələr