AZ

Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA

Bakı. Trend:

"Lay's" kartof çipsləri ABŞ Qida və Dərman İdarəsi (FDA)tərəfindən ciddi geri çağırma prosesinə daxil edilib. Buna səbəbçipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentininaşkar olunmasıdır.

Bu o deməkdir ki, həmin məhsullar həyati təhlükə yaradanallergik reaksiyalara səbəb ola bilər.

Maraqlıdır, həmin çipslər Azərbaycana da idxaledilibmi?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi AgentliyindənTrend-əbildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxaledilməyib.

“"Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı riskiddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağrılmasıilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, qeydolunan məhsul partiyaları ölkəmizə idxal edilməyib. Həmçinin qeydedirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılanbu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadişəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçünzəruri tədbirlər görülür”,- deyə Agentlikdən qeyd edilib.

Məqalədə:
Seçilən
4
12
az.trend.az

10Mənbələr