“Electrify Azerbaijan” şirkəti gömrük qaydalarını pozmaqda ittiham edilir.
Valyuta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddə ilə protokol tərtib edib.
İş üzrə 12 fevral tarixinə Səbail Rayon Məhkəməsində baxış iclası təyin edilib.
Qeyd edək ki, 485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn