AZ

Ermənistan Aİ-yə üzv olarsa, onun üzərinə hansı qapılar bağlanacaq?— AÇIQLAMA

“Ermənistan artıq 3 ildir ki, Rusiyanın “caynağından” xilas olmaq istəyir, ölkədə olan Rusiya yönümlü qüvvələrin çıxarılmasına çalışır. Buna qismən nail olublar. Ancaq bu gün də Rusiyanın Gümrüdəki hərbi bazası qalmaqdadır. Ermənistan onları çıxarmaq niyyətindədir. Çünki hazırki hakimiyyət Soros fondunun uşaqlarıdır, bununla bağlı ABŞ və Avropadan təlimat alıblar”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. 

“Ancaq Ermənistan iqtisadiyyatının 70%-i rus oliqarxlarının əlindədir. Ermənistanın Türkiyə və İranla sərhəddi də ruslar tərəfindən qorunur. Bütün bunlara baxmayaraq Ermənistan 3-cü ildir ki, KTMT iclaslarına qatılmır, sadəcə Avrasiya İqtisadi İttifaqında iştirak edir. Ona görə ki, Ermənistan ittifaqdan xeyli gəlir götürür. Keçən il təkcə Rusiya ilə ticarət dövriyyəsi 14 milyard dollara çatıb. Balaca bir ölkədə bu qədər böyük ticarət dövriyyəsi sual yaradır. Məlum oldu ki, Rusiya sanksiyalara məruz qaldığı üçün Ermənistan onu xaricdən aldıqları elektron avadanlıqlar, detallarla təmin edir, Rusiyanın qızıl və dəyərli daşlarını xaricə satır”. 

O bildirib ki, indi onların Aİ-yə üzv olmaq məsələsi gündəmdədir:

“Rusiya bu məsələyə ciddi reaksiya verdi. Baş nazirin müavini bildirdi ki, Ermənistan Aİ-yə üzv olarsa, Avrasiya İttifaqının qapısı onun üçün bağlanacaq. Mirzoyan Rusiyaya çağrılan zaman məkrli siyasətini işə salaraq bildirdi ki, məsələni vətəndaş cəmiyyəti ortaya atıb və parlamentdə baxılacaq. 

Əslində Aİ-yə üzv olmağı onlardan böyük bacısı Fransa və ABŞ tələb edir. Ermənistan həm Avrasiya İttifaqından qazanc əldə etmək, həm də Aİ-dən yardımlar almaq istəyir. Ermənistan düşünür ki, Aİ ölkələrinin qapısı onların üzünə açılacaq və çoxlu dividentlər əldə edəcək.

Ancaq Putin Ermənistana bunun ağır nəticələr verə biləcəyini xatırladıb. Ermənistan Aİ-yə daxil olarsa, keçmiş SSRİ dövlətlərinin birlik olduğu ittifaqlardan çıxarılacaqlar. Düşünürəm ki, Putinin hədəsinin altında Ermənistanda hərbi əməliyyatlar keçirə biləcəyi həqiqəti dayanır”. 


Əfsanə Kamal
Demokrat.az
Seçilən
1
50
demokrat.az

10Mənbələr