AZ

Azərbaycanda kiçik elektrik nəqliyyat vasitələrinin ərazi üzrə say hədləri təsdiqlənib

Nazirlər Kabineti “Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri”ni təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:

- Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərinin inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1 000 nəfərinə ümumilikdə 6-dan çox olmamaqla;
- Azərbaycanın digər şəhər və rayonlarının inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1 000 nəfərinə ümumilikdə 4-dən çox olmamaqla.

Seçilən
1
17
far.az

10Mənbələr