AZ

Xəstəxanaya yerləşdirilən Xalq artistinin vəziyyəti necədir?

İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan çıxarılaraq xüsusi palataya köçürülüb.

OLAY yazır ki, bu barədə report-a aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Ənvər Həsənovun vəziyyəti stabildir.

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində davam etdirilib.

Seçilən
1
26
olay.az

10Mənbələr