Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarından sonra tarixi rekord səviyyələrə yaxınlaşıb.
Marja.az xəbər verir ki, hazırda qızılın unsiyasının qiyməti 1,06 faiz bahalaşma ilə 2 min 789 dollardan ticarət olunur.
Dünən ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi abnkı) faiz dərəcəsini sabit saxlamasından və FED sədri Jerome Powell tələsməyə ehtiyac olmadığını açıqladıqdan sonra aktiv qiymətləri qarışıq bir tendensiya göstərib.