Almaniya kansleri Olaf Şolts çərşənbə günü Bundestaqda Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı müxalifət blokunun miqrasiya siyasətinin sərtləşdirilməsi planının qəbul edilməsini ölkə üçün pis əlamət adlandırıb.
O, bu barədə \"X\" sosial şəbəkəsində yazıb.
Bu planı \"Almaniya üçün Alternativ\" (AfD) sağçı partiyasının deputatları da dəstəkləyib.
\"Almaniya Bundestaqında ilk dəfə olaraq təklifin səs çoxluğu ilə qəbul edilməsi AfD-nin də dəstəyi ilə baş tutub. Bu, həm parlament, həm də ölkəmiz üçün pis əlamətdir\", - o qeyd edib.
Kanslerin sözlərinə görə, baş verənləri \"dərk etmək\" üçün ona vaxt lazım olacaq. Bəziləri bu günü şübhəsiz ki, tarixi gün adlandıracaq.
Çərşənbə günü Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı blokunun Bundestaqa təqdim etdiyi təşəbbüslərin lehinə 348, əleyhinə 345 deputat səs verib. Parlamentin qəbul etdiyi təklif Almaniyanın bütün sərhədlərində daimi sərhəd nəzarətini, qanunsuz miqrantların deportasiyasını, hətta Almaniya qanunlarına görə müdafiə statusuna malik olsalar belə, etibarlı sənədləri olmayan miqrantların ölkəyə girişinin qadağan edilməsini nəzərdə tutur.
///report