AZ

Qazaxıstan Rusiya vasitəsilə Avropaya buğda və ət tədarükünü artıracaq



Qazaxıstan Rusiya ərazisi vasitəsilə Avropa ölkələrinə böyük miqdarda buğda və digər kənd təsərrüfatı məhsulları tədarük etmək niyyətindədir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov məlumat verib. Nszir müavini bildirib ki, tərəflər həmçinin Qazaxıstandan ət və ət məhsullarının ixracına qoyulan məhdudiyyətlərin qismən götürülməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Qazaxıstandakı epizootik vəziyyətlə əlaqədar Rusiya tərəfi əvvəllər ət məhsullarının idxalına məhdudiyyətlər qoyub.

Anar Əliyev
Seçilən
1
7
newscenter.az

10Mənbələr