İngiltərənin "Aston Villa" klubunun argentinalı hücumçusu Morqan Rodcers azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin VIII turunda "Seltik"lə (Şotlandiya) görüşdə (4:2) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, 22 yaşlı ingiltərəli oyunçu səsvermədə Antuan Qrizmann ("Atletiko", İspaniya), Usman Dembele (PSJ, Fransa) və Lautaro Martinezi (“İnter”, İtaliya) qabaqlayıb.