"Fənərbaxça" PSJ-nin futbolçusu Milan Şkrinyarı transfer edib.
QOL.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı slovakiyalı müdafiəçi Türkiyə klubuna icarə əsasında keçib. Onunla mövsümün sonuna qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Milan Şkrinyar bu mövsüm PSJ-nin heyətində 5 oyuna çıxıb.