İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi Pedrinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü 2030-cu ilin yayına kimi Kataloniya təmsilçisinə məxsus olacaq.
Qeyd edək ki, "Barselona" Pedrini 2019-cu ilin sentyabr ayında "Las Palmas"dan transfer edib. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta