AZ

Redon Cicadan ümidini üzməyib - Aqolli həmyerlisinə güvənir

“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli Apasport.az saytına açıqlama verib. 

Ağdam klubunda uzun illər oynamış veteran futbolçu hazırda “Qarabağ”ın forvardı olan, həmyerlisi Redon Cica barədə danışıb. 

Aqolli onun keyfiyyətli futbolçu olduğuna inandığını deyib:

“Təbii ki, Redonu da izləyirəm. Redonun çox yaxşı futbolçu olduğuna inanıram. O, tam olaraq keyfiyyətini göstərə bilər. Bəlkə də, o tam olaraq bunu göstərməyib. Amma inanıram ki, çox yaxşı futbolçudur. Hər halda, daha da yaxşısını edə bilər. Hər şey məşqdə işləməklə olur. Əminəm ki, o, daha da yaxşı işləyir, kluba da xeyir verəcək”.

Qeyd edək ki, Cica 2023-cü il yanvarın 24-də "Qarabağ"a keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Aqolli isə 2010-2019-cu illər arasında "Qarabağ"ın formasını geyinib.

Muarem Muarem: "Bu, "Qarabağ" üçün yaxşı təcrübə oldu"

"İmişli"nin futbolçusu dopinq otağının qapısını sındırdı - FOTO

I Liqa: XIII turun oyun cədvəli

Papu uğrunda mübarizə - "Zirə" buraxmaq istəmir, amma...

Rüfət Abdullazadə Türkiyəyə doğru - "Səbail"ə rəsmi təklif var

Seçilən
30
3
apasport.az

10Mənbələr