Ukraynalı müdafiəçilər Rusiyanın “Orlan” pilotsuz təyyarələrin idarəetmə məntəqəsinə hücum ediblər. stansiyaya raket zərbəsi endirilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Xortitsa” əməliyyat-strateji qoşun qrupunnun Teleqramına istinadən məlumat yayıb.
“Xortitsa”-nin verdiyi məlumata görə, pilotsuz uçuş sistemlərinin 14-cü alayının kəşfiyyatçıları pilotsuz uçuş aparatları üçün yerüstü idarəetmə stansiyası aşkar ediblər.
Bundan sonra kəşfiyyatçılar reaktiv artilleriya ilə düşmənin mövqeyinə uğurlu raket zərbəsi endiriblər.
QAZİLER.AZ