Bakı. Trend:
Polşa, Latviya, Litva və Estoniya Avropa İttifaqından (Aİ) hərbiehtiyaclar üçün 100 milyard avrodan çox vəsait ayıraraq müdafiəxərclərini iki dəfə artırmağı tələb edir.
Trend xəbər verirki, bu barədə dörd ölkənin tərtib etdiyi sənədə istinadən Bloombergagentliyi məlumat yayıb.
Sənəddə Litva, Estoniya, Latviya və Polşa Aİ-ni birgə borclanmavasitəsilə müdafiə ehtiyaclarına xərcləməyə, Avropa İnvestisiyaBankına əsas müdafiə ehtiyaclarını maliyyələşdirməyə və blokdankənar Avropa tərəfdaşları ilə əməkdaşlıq etməyə çağırır.
Bundan əlavə, sənədin müəllifləri hesablayıblar ki, Aİ ölkələrison bir ildə müdafiəyə ümumilikdə təxminən 326 milyard avroxərcləyib. Yeni vəsaitlərin ayrılması ilə icma ölkələrinin hərbirinə ÜDM-ə nisbətdə müdafiə xərclərinin 3 faizinə çatmağa imkanverilməsi gözlənilir.