AZ

Azərbaycanlı iş adamı Moskvada qəfil vəfat etdi

Azərbaycanlı biznesmen Moskvada vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edilib ki, Mehman Cabbarov bu gün 58 yaşında qəfil dünyasını dəyişib.

O, xeyriyyəçi kimi də tanınıb. Moskvada bir sıra obyektlərə sahib olan M.Cabbarov ehtiyacı olan şəxslərin tibbi əməliyyatlarının ödənişini qarşılayıb.

Həmçinin çox sayda insanı şəxsi hesabına Həcc ziyarətinə də göndərib.
Seçilən
2955
18
sherg.az

10Mənbələr