AZ

Quru təmizləmə işçisi yuduğu gödəkçənin cibindən20 min pul tapdı - FOTO


Türkiyədə quru təmizləmədə çalışan Mehmet Yiğit müştərisinin gətirdiyi gödəkçənin cibində 20 min TL tapıb.

Medicina.az xəbər verir ki, Hatayın Antakya mahalının Odabaşı səmtində quru təmizləmə işi ilə məşğul olan Mehmet Yiğit müştərinin gətirdiyi kostyumu maşında yuyarkən pul olduğunu görüb.

O, paltaryuyan maşını saxlayıb pulu çıxarıb. 20 min TL pulu qurudub və sahibini çağırıb.

Pulu sahibinə qaytaran Yiğitin davranışı bəyənilib.



O, deyib:

"İllərdir quru təmizləmə ilə məşğulam. Pencəyi maşına atdım. Pencəyinin cibində 20 min TL olub. Pulu çıxarandan sonra qurutmağa çalışdım. Bir neçə dəfə pulun sahibinə zəng etsəm də, görüşdə olduğu üçün cavab verə bilmədi. Vəziyyəti izah edəndə təşəkkür etdi, Allah razı olsun dedi və gəlib götürəcəyini bildirdi. Mən haram pul götürmərəm. Çünki bizim olmayan bizim deyil. Zəhmətlə qazanılan pul daha yaxşıdır. Mən o pula toxuna bilmərəm. Bəzən qızıl, bilərziklər və sırğalar tapırıq. Belə hallarla tez-tez rastlaşırıq".

Aygün
Medicina.az




Seçilən
3
50
medicina.az

10Mənbələr