Almaniyanın "Leypsiq" komandası daha bir oyunçu ilə müqavilə imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub bildiriş yayıb.
Qeyd edilib ki, son iki ildə PSJ-də çıxış edən hollandiyalı yarımmüdafiəçi Xavi Simonsla anlaşma əldə olunub: "21 yaşlı hücumameyilli oyunçu Simonsla 30 iyun 2027-ci ilə qədər müqavilə imzalanıb".
Almaniya mətbuatı yazır ki, klub bu transfer üçün PSJ-yə 50 milyon avro ödəyib: "Lakin bonuslarla bu məbləğ 81 milyon avroya qədər yüksələcək".
Fərid ASLAN
MİA.AZ