AZ

DTX "Fariba"-nı ifşa etdi: 500 min dollar müqabilində dövlətə xəyanət

Azərbaycanda dövlətə xəyanətə görə tutulan Validə Yusifovanın cinayət işi üzrə sensasion detallar məlum olub.

Musavat.com xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyat zamanı V.Yusifovanın İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi ifşa edilib.

İstintaq zamanı müəyyən edilib ki, V. Yusifova 2022-2023-cü il tarixlərində İranda olduğu müddətdə xüsusi xidmət orqanlarının əməkdaşları ilə maddi maraq qarşılığında əməkdaşlıq edib. Yusifovanı “Fariba” təxəllüsü ilə əməkdaşlığa cəlb ediblər.

Yusifova əməkdaşlıq çərçivəsində Azərbaycanın hüquq-mühafizə orqanlarının vəzifəli əməkdaşları, Azərbaycan-İsrail münasibətləri, ölkədən gedən siyasi mühacirlər barədə və bir sıra dövlət maraqlarına zidd olan məlumatları həmin xüsusi xidmət orqanının əməkdaşlarına məlumat verməyə razılaşıb. Bunun üçün 500 min dollar ödəniş alacaqmış.

İstintaq orqanı müəyyən edib ki, V.Yusifova İrandan Tovuza qayıdandan sonra “vatsap” üzərindən əldə etdiyi bir sıra məlumatları həmin şəxslərə göndərib.

Yusifova məhkəmədəki ifadəsində İrana getdiyini etiraf edib. Bildirib ki, İran xüsusi xidmət orqanları ilə məcburiyyət qarşılığında əməkdaşlıq edib.

Onun sözlərinə görə SEPAH tərəfindən saxlanılan zaman uzun müddət dindirilib. Yusifova deyib ki, dindirilən zaman ona xüsusi iynələr vurulub. O, edam ediləcəyindən qorxduğu üçün əməkdaşlığa razılıq verdiyini deyib.

Amma onun istintaq zamanı tamamilə fərqli ifadə verdiyi məlum olub. Yusifova istintaqda əməllərini səmimi şəkildə etiraf edib.

O, əvvəldən tanıdığı Əli Fərəciyan və Cəlal Pənahi adlı İran vətəndaşlarının dəvəti ilə Tehrana getdiyini deyib. Tehrandan da Cəlalgilin evinə gedərək orada 5 gün qalıb, həmin ərəfədə Cəlalın evində narkotik və silah görüb. 5 günün tamamında Cəlalgil Validədən şübhələnərək onu evdən çıxarıblar. Düşünüblər ki, Validə onların evinə agent kimi gəlib. Validə Azərbaycana qayıtmaq üçün Biləsuvar gömrüyünə gəlib. Lakin İran tərəfi onu gömrükdən buraxmayıb. Səbəb olaraq isə Culfa gömrüyündən keçən zaman pasportuna möhür vurulmaması olub. Validə Culfa gömrüyünə qayıdan zaman bu dəfə “Ettalaat” üzvləri tərəfindən saxlanılıb. Ona bildirilib ki, Cəlalgil külli miqdarda narkotik satışı ilə məşğuldurlar. Ondan Cəlalgil haqqından ətraflı məlumatlar soruşublar.

Seçilən
2
9
aznews.az

10Mənbələr