Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Sərancam ilə Dövlət Proqramı təsdiqlənib.
Proqramın Tədbirlər Planında göstərilir ki, görüləcək tədbirlərdən biri də Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsidir.
İcra müddəti olaraq 2025−2030-cu illə göstərilib. Görüləcək iş üzrə əsas icarçı orqan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA).
Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi Ağ Şəhər Bulvarı ilə Babək prospektini birləşdirən küçədir.