AZ

Əş-Şəraa Suriyanın ərazi bütövlüyünü bərpa edəcəyinə söz verib

Əhməd Əş-Şəraa Suriyanın Prezidenti kimi xalqa ilk müraciətində ölkənin ərazi bütövlüyünü təmin edəcəyinə söz verib.

“Report” xəbər verir ki, müraciətin yayımını Suriya KİV həyata keçirib.

“Qarşıdakı dövrdə biz bir sıra prioritet məsələlərin həllinə diqqət yetirəcəyik ki, bunlardan biri də vahid iqtidar altında, vahid torpaqda bütün Suriyanın ərazi bütövlüyünün bərpası prosesinin başa çatdırılmasıdır”, – Əş-Şəraa vurğulayıb.

O həmçinin keçid hökumətinin formalaşdırılması üzərində işlərin aparıldığını qeyd edib.

“Biz bütün suriyalıların, o cümlədən qadınların və gənclərin maraqlarını təmsil edəcək keçid hökumətinin formalaşdırılması üzərində işləyəcəyik”, – Əş-Şəraa bildirib.

Seçilən
1
2
report.az

2Mənbələr