AZ

Tramp Rusiya və Çin liderləri ilə ünsiyyəti barədə danışmadı

ABŞ prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə mümkün ünsiyyəti barədə suala cavab vermək istəməyib.

Teleqraf.com xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbətində bu sualdan yayınıb.

Tramp yalnız onu bildirib ki, hər iki istiqamət üzrə işlər yaxşı gedir. ABŞ prezidenti Putinlə sonuncu dəfə nə vaxt danışdığı barədə suala cavab verməyib, o, Si Tzinpinin ABŞ sərhədindəki böhranın nizamlanmasına kömək müraciətinə də münasibət bildirməyib: "Mən bunların heç birinə şərh verməyəcəyəm. Amma hər iki istiqamət üzrə işlər çox yaxşı gedir".


Müəllif: Teleqraf.com
Seçilən
1
32
teleqraf.com

10Mənbələr