AZ

HƏMAS İsrailin daha üç və Tailandın beş vətəndaşını azad etdi

İsrailin iki və Tailandın beş vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Ordusuna təhvil verilib.

 

TASS xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

 

"İsrail hökuməti yeddi azad edilmiş şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tailand vətəndaşı da azad edilib", - bəyanatda qeyd olunub.

 

Qeyd edək ki, onlardan əvvəl İsrail Müdafiə Qüvvələrinin (SAXAL) əsgəri Aqam Berqer Qırmızı Xaç Cəmiyyətinə təhvil verilmişdi. O, artıq sərhədi keçib və hazırda ölkə ərazisindədir.

 

Baş nazirin dəftərxanası bildirib ki, İsrail hökuməti bütün girovların və itkin düşmüş şəxslərin qaytarılması vədinə sadiqdir.


Seçilən
1
7
senzor.az

9Mənbələr